Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Vətən uğrunda” adlı tədbir – sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Vətən uğrunda” adlı tədbir – sərgi keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə 44 günlük Vətən Müharibəsində torpaqların azad olunmasında, Vətənə olan sevgiləri ilə qəhrəmancasına döyüşərək xalqı 30 ilə yaxın həsrətində olduğu torpaqlara qovuşduran güclü Azərbaycan ordusundan, hərbiçilərindən bəhs olunub. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu.

Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur.
Tədbirdə qazi Pərvin Abdullayev, şəhid kapitan Həsənov Əsədin anası Həsənova Mələk, şəhid baş leytenant Babaye Vüsalın yaxın dostu Abıyev Samir, qazi Sədrayev Ceyhun, şəhid əsgər Manafov Cavidin anası İbrahimova Natavan və şəhid əsgər Qənbərov Bilalın anası Qənbərova Gültəkin çıxış edərək qəhrəmanlarımızın döyüş yolundan söhbət açdılar.

Daha sonra tədbir iştirakçıları kapitan Həsənov Əsəd, baş leytenant Babayev Vüsal, əsgər Məlikov Elvin, əsgər Manafov Cavid, əsgər Qənbərov Bilala həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.
Tədbirdə şəhid ailələri, qazilər, Xəzər Gənclər evinin nümayəndələri, “Asan könüllüləri” və digər qonaqlar iştirak edib.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabr ayının 17-ə qədər davam edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ən çox oxunanalar